Narışkin Finlandiyaya buraxılmadı

Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.


APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen deyib.

 

O bunu rusiyalı siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib. “Yekun qərar qəbul olunanadək Aİ-nin digər ölkələri, Aİ və ATƏTrəhbərliyi ilə məsləhətləşdik”, - deyə o vurğulayıb.  

 

Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı, daha 5 rusiyalıya Finlandiyaya giriş yasaqlanıb.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın Sergey Narışkinə AŞPA Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün viza verməkdən imtina etməsinin qəbuledilməz olduğunu söyləyib. O, Rusiya Xarici İşlər Nazirliyinin buna öz qiymətini verəcəyini bildirib: “Biz bunu qəbuledilməz hesab edirik. Lakin buna ixtisaslaşmış orqan tərəfindən qiymət verilməlidir ki, bunu da XİN edə bilər”.

 

Sergey Narışkin isə bəyan edib ki, Rusiya nümayəndə heyəti iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək  ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etməyəcək.

Müəllif | Apa.Tv
Apa.tv