Qiymətli kağızlar bazarında artım...
Bakıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yeni baxış” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, son illər ərzində qiymətli kağızlar bazarında illik orta hesabla iki dəfə artım müşahidə edilir və Ümum Daxili Məhsulun qeyri-neft sektorundakı payı 2 faizdən 33 faizə yüksəlib: "Ölkə iqtisadiyyatı 3 dəfə artıb. Bu müsbət dəyişikliklər şübhəsiz ki, qiymətli kağızlar bazarında da özünü göstərir".
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirdi ki, qiymətli kağızlar bazarı ölkədə maliyyə sisteminin fəaliyyətində böyük rol oynayır, o cümlədən kapital bazarının imkanları ölkənin iqtisadiyyatı üçün vacib şərtdir. Rüfət Aslanlı Komitəyə investisiya fondunun yaradılmasına dair konkret təklif daxil olduğunu da bildirdi: "Bu rüb ərzində yeni qanunvericilik əsasında ilk dəfə aktivlərin idarə edilməsi fəaliyyətinə komitə tərəfindən lisenziya verilib. Artıq ilk dəfə olaraq investisiya fondunun yaradılmasına dair komitəyə konkret təklif daxil olub. Hazırda təklifin ətrafında təşəbbüsçülərlə müzakirələr gedir. İlin sonuna qədər investisiya fondunun yaradılması nəzərdə tutulur".
Komitə sədri qrumun 2011- 2020-ci illərdə ölkədə "Qiymətli Kağızlar Bazarının İnkişafı" dövlət praqramı ilə nəzərdə tutulan fəaliyyətindən də danışdı. Rüfət Aslanlı hesab edir ki, ilin sonuna kimi korparativ sektorun dinamikasının ötən illə müqayisədə 60-70 faiz az olacağı gözlənilir.