Bakıda dənizdə iki nəfər batdı

Bakıda iki nəfər dənizdə batıb.

 

APA TV-nin Fövqaladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda 2 nəfərin dənizdə çimərkən batdığı barədə məlumat daxil olub.

 

Fövqaladə Hallar Nazirliyinin  dalğıc-xilasediciləri tərəfindən dənizdə batan şəxslərin axtarışlar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv