Türkiyə Çinə təhvil verilməsi gözlənilən 173 uyğura sahib çıxdı
Tailandda saxlanılan 173 uyğur türkü Türkiyəyə gətirilib.
APA TV-nin məlumatına görə, qadın və uşaqlardan ibarət olan heyət təyyarə ilə İstanbula, oradan isə Kayseriyə aparılıb. Bununla Kayseridə məskunlaşan Çin vətəndaşı olan qaçqın uyğurların sayı minə çatıb.
Çindən qaçdıqdan sonra 13 mart 2014-cü ildə "sərhəd pozuntusu"na görə Tailand hökuməti tərəfindən saxlanılan və Çinə təhvil veriləcəyi söylənilən qadın və uşaqlar Türkiyə hökumətinin müdaxiləsi sayəsində xüsusi təyyarə ilə Banqkokdan İstanbula gətirilib.
Dünya Uyğur Konqresinin sədr müavini Seyid Tümtürk göstərdiyi köməkliyə görə Türkiyə hökumətinə təşəkkür edib.