Zərdabda Milli Mətbuatın 140 illiyi ilə əlaqədar konfrans keçirilib

Prezident İlham Əliyevin «Azərbaycan milli mətbuatının 140  illik yubileyinin keçirilməsi haqqında» sərəncamı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Zərdabda «Azərbaycan mətbuatı-140: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda  konfrans keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, daha sonra milli mətbuatın banisi Həsən bəy Zərdabinin abidəsi önünə gül dəstəsi qoyaraq onu yad ediblər. Həmçinin Zərdabinin ev muzeyi də ziyarət olunub.

 

Konfransda 16 rayonun rayon icra hakimiyyətinin nümayəndələri və həmin rayonun yerli mətbuat orqanlarının redaktorları da iştirak edib. Çıxış edənlər Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlərdən danışıblar. Tədbirdə bölgə mətbuatının fəaliyyət və problemlərindən də söhbət açılıb. 

Müəllif | Apa.Tv
Zahid Abışov