İsmət Yılmaz Türkiyə parlamentinin sədri seçildi

Türkiyə parlamentinə sədr seçkisinin 4-cü turu keçirilib. APA TV-nin xəbərinə görə, seçkilərin 4-cü turunda 550 millət vəkilindən 547-si səsvermədə iştirak edib.

 

AKP namizədi İsmət Yılmaz 258 səslə Türkiyə parlamentinə sədr seçilib. Dəniz Baykal isə seçkinin son turunda 182 səs qazanıb. Seçkinin 4-cü turunda MHP-li deputatlar bitərəf qalıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv