"Toyota" yolda iş aparan krana çırpıldı: yaralılar var

Bakıda avtomobilin yolda iş aparan qaldırıcı krana çırpılması xəsarətlə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

 

Prospektlə şəhər mərkəzi istiqamətində hərəkətdə olan "Toyota" markalı avtomobil yolun sağ hərəkət zolağında dayanmış qaldırıcı krana arxadan çırpılıb. Krandan  işıq dirəklərindəki reklam lövhələrini sökülməsi üçün istifadə edilirmiş.

 

Qəzaya "Toyota"nın sürətinin yüksək olması və sürücünün diqqətsizliyi səbəb olub. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv