ABŞ-da polis vətəndaşı belə öldürdü - REAL GÖRÜNTÜ
ABŞ-da polis kafelərin birindən pivə oğurlayan vətəndaşı güllələyib.
APA TV-nin "Rossiya-24" kanalına istinadən verdiyi məlumata görə, hadisə Texas ştatındakı kiçik şəhərlərdən birində baş verib.
Kafe sahibi vətəndaşın oğurluq etdiyini bilib və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıb. Pivə oğurluğunda şübhəli bilinən şəxs həmin an kafedə olub və polis onu küçəyə çıxarıb. Küçəyə çıxanda o, əlini qəfildən cibinə atıb və qaçmağa çalışıb. Bu zaman polis ona atəş açmağa başlayıb. Bir neçə güllə yarası alan şəxs hadisə yerində ölüb. Sonradan onun üzərində pnevmatik tapança gəzdirdiyi müəyyənləşdirilib.