Sumqayıt sələfilərinin liderinə 13 il həbs!
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı münaqişə ilə bağlı həbs edilən Elşən Musayevin məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Elşən Musayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2013-cü il, dekabrın 11-də Sumqayıt şəhərində dini baxışları fərqli olan iki qrup arasında dava baş verib. Hadisədə təqsirli bilinən xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov, sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev, habelə Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.
Qeyd edək ki, digər təqsirləndirilən şəxslərə bir müddət əvvəl hökm oxunub, Elşən Musayevin cinayət işi isə ayrıca icraata verilib.