Narkotiki satarkən yaxalandı

Gəncədə yaşayış evində külli miqdarda narkotik aşkarlanıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin regional şöbəsindən verilən məlumata görə, qurumun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü Elxan Əliyev iş başında yaxalanıb. APA TV-nin məlumatına görə, o 10 kibrit qutusu olan qurudulmuş marixuananı 200 manata satmaq istəyərkən əməliyyat zamanı saxlanılıb. Elxan Əliyevin Gəncənin Məhsəti qəsəbəsində kirayədə yaşadığı evinə baxış keçirilən zaman oradan iki torbada çəkisi 10, 25 kiloqram olan qurudulmuş marixuana götürülüb. Saxlanılan şəxs çətənə kollarını Gəncənin Şəmkir rayonu istiqamətindəki əkin sahəsindən yığdığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Müəllif | Apa.Tv
Azər Məmmədli