İŞİD 300 qadın və uşağı edam etdi
İŞİD terror təşkilatı 300 nəfəri edam edib.
APA TV-nin məlumatına görə, edam edilənlərdən 74-ü uşaqdır. Onların arasında qadınlar da var.
Xəbərə görə, guya qadınlar və uşaqlar Ramazan ayının ənənələrini pozaraq cadugərliyi yaymaqla məşğul olublar. Məhz buna görə 300-ə yaxın uşaq və qadın edam olunub.
Qeyd edək ki, bir müddət əvvəl İŞİD terror təşkilatı Palmira şəhərində 217 nəfəri edam edib. Öldürülənlərin 67-si dinc sakin, o cümlədən 14-ü uşaq və 12-si qadın olub. Qalan 150 nəfər isə Suriya ordusunda xidmət edən hərbçilər olub.
Xatırladaq ki, İŞİD terrorçuları mayın 24-də Palmirada 400 dinc sakinə divan tutub.