“Neftçi” yenə...
“Neftçi” növbəti avrokubok sınağına çıxıb. APA TV-nin məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayan “ağ-qaralar” 2015/16 mövsümünün ölkəmizdə baş tutmuş ilk qarşılaşmasının iştirakçısı olub.
Digər komandalar səfərdə oynadığından, doğma azarkeşlər önünə birinci çıxan “Neftçi”nin rəqibi “Mladost” olub.
Oyun maraqlı mübarizə şəraitində keçib. İlk qol qonaqlardan gəlib. 34-cü dəqiqədə Laqator fərqlənib.
"Neftçi"nin cavabı isə özünü çox gözlətməyib. 36-cı dəqiqədə Kamal Qurbanovun ötürməsi birbaşa qapıya yönəlib - 1:1.
Araz Abdullayevin 55-ci dəqiqədə vurduğu gözəl qol "ağ-qaralar"ı hesabda önə keçirsə də, qonaqlar 87-ci dəqiqədə bərabərliyə nail ola biliblər. Luka Mirkoviç fərqlənib. Matç elə bu hesabla da bitib.