Robert Sekuta: "ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir"
"ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir vә bu istiqamәtdә işlәyir". APA TV-nin mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.
Səfir qeyd edib ki, o, müntəzəm olaraq Azərbaycandakı tərəfdaşlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irәlilәyişin әldә edilmәsi ilә bağlı danışıqlar aparır: "Eyni zamanda ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik də öz hәmkarları ilә bu istiqamәtdә iş aparır. Bu yaxınlarda yeni müzakirәlәr olub. Bölgәyә sәfәr etmә imkanları nәzәrdәn keçirilir. Әsas mәqsәd iki ölkәnin prezidentlәrini bir araya gәtirmək vә münaqişәni ölü nöqtәdәn, yәni hazırki vәziyyәtdәn çıxarmaqdan ibarətdir".
Səfir vurğulayıb ki, ABŞ Azərbaycanla sıx əməkdaşlıq etməkdə daim maraqlıdır.