Şəkidə 17 yaşlı qız özünü bıçaqladı

Şəkidə 17 yaşlı qız intihara cəhd edib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Təranə İslam qızı Məmmədova sol böyrək nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 17 yaşlı Təranə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Şəki rayon hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, Təranə Məmmədova hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə bıçaqla özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov