Şəkidə 16 yaşlı oğlan velosipeddən yıxılaraq öldü

Şəkidə bədbəxt hadisə baş verib.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri Məzahir Əliyev-21 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Murad Bayram oğlu Həsənov velosipedlə elə həmin küçədə hərəkətdə olarkən velosipedi aşırıb.

 

Nəticədə 16 yaşlı Murad Həsənov başından qapalı kəllə-beyin travması ilə  Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkimlərin səyinə baxmayaraq, Murad Həsənov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv