Qatil təslim oldu
İmişli rayonunda qətl hadisəsi baş verib. 57 yaşlı rayon sakini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. APA TV-nin məlumatına görə, hadisə sentyabrın 6-da səhər saatlarında İmişli-Kürdəmir avtomobil yolunun kənarındakı örüş sahəsində baş verib. 1953-ci il təvəllüdlü İmişli rayon sakini Zeynalov Səmid adlı şəxslə həmyerlisi Nəsirov Namiq arasında mübahisə yaranıb. Səmid üzərində olan cib bıçağı ilə Namiqə hücum çəkib. Onun bədəninə müxtəlif yerlərdən çoxsaylı bıçaq zərbələri endirib. Namiq Nəsirov hadisə yerində dünyasını dəyişib. Cinayəti törədən şəxs polisə gələrək əməlini etiraf edib və təslim olub. Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.