İŞİD Palmirada 2 min yaşı olan abidəni dağıtdı - VİDEO
İŞİD terroçuları nəzarət etdikləri Palmira şəhərində bir neçə antik abidəni məhv ediblər.
APA TV-nin məlumatına görə, qruplaşma üzvləri həmin tarixi abidələri ağır çəkiclərlə dağıdıblar. Məhv edilən memarlıq nümunələri arasında 2 min il yaşı olan məşhur şir heykəli də var.
Suriyanın qədim abidələr və muzeylər departamentinin rəhbəri Maamun Abulkərim İŞİD-in bu davranışını bəşəriyyət tarixinə qarşı cinayət adlandırıb. Terrorçular isə həmin heykəli qaçaqmalçıların şəhərdən oğurladıqlarını və o heykəlin həmin şəxslərin əlindən alınması üçün keçirilən əməliyyat nəticəsində məhv olduğunu bildirirlər.
Xatırladaq ki, sözü gedən heykəlin ağırlığı 15 tondur və onu 1977-ci ildə polşalı arxeoloqlar aşkarlayıblar. Abidə həm də qədim ərəb mifologiyasında səma və yağış allahı kimi qəbul edilib.