Gəncədə 29 yaşlı gənc qətlə yetirildi

Gəncə şəhər sakini bıçaqlanaraq qətlə yetirilib. APA-TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 2-də şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

 

Şəhər sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rafil Rabil oğlu 1995-ci il təvəllüdlü Cəfərov Sərxan Səxavət oğlu tərəfindən döş qəfəsindən bıçaqlanaraq qətlə yetirilib.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Müəllif | Apa.Tv
Azər Məmmədli