Şəkidə 6 yaşlı uşağı ilan sancıb

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Nurlan Sənan oğlu Nəsrullayev ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı məlum olub ki, 6 yaşlı Nurlan Nəsrullayevi baldır nahiyəsindən ilan sancıb. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıdakı Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv