Şəkidə 4 uşaq anasını ilan sancdı

Şəkidə 4 uşaq anasını ilan sancıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Cunud kəndində baş verib.

 

Kənd sakini, 44 yaşlı Fazilə Zabit qızı Əmrahova yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan qəfildən onun sağ əlindən sancıb. Qadın dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Qohumunun sözlərinə görə, Fazilə Əmrahovanın oğlu yaxın günlərdə hərbi xidmətdən geri qayıdacaqmış və ona görə də həyətdə təmizlik işləri aparırmış. İlan da onu həmin an sancıb.


Qax MRX-dan bildirilib ki, 4 uşaq anası olan Fazilə Əmrahova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib və vəziyyəti hazırda orta-stabil qiymətləndirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv