Suriyada iftar süfrəsinə yığışan 25 terrorçu partladıldı

Suriyanın şimal-qərbində ötən gün axşam saatlarında məscidin partladılması nəticəsində “Cəbhə ən-Nüsrə” terror qruplaşmasının 25 silahlısı ölüb.

 

APA TV-nin “TASS”a istinadən xəbərinə görə,  güclü partlayış İdlib əyalətinin inzibati paytaxtının ətrafındakı Arih şəhərciyində törədilib. Məlumata görə, partlayışın baş verdiyi məsciddə terrorçular iftar süfrəsinə toplaşıbmış.

 

Partlayışın səbəbi məlum deyil. Hücumun “Cəbhə ən-Nüsrə” ilə mübarizə aparan İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv