Ali Rada Ukraynada "Rusiya" sözünün işlədilməsini qadağan edə bilər

Ukrayna Ali Radası ölkədə "Rusiya" sözünün qadağan edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.

 

APA TV-nin "Rosiyya-24" telekanalına istinadən verdiyi məlumata görə, söhbət dövlətdən yox, onun ərazisindən gedir.

 

Qanun layihəsi qəbul edilərsə, müasir Rusiya Federasiyasının indiki ərazisi və onun istənilən bir bölgəsi "Rusiya" sözü ilə ifadə edilə bilməz. Qanun layihəsinin müəllifi Oksana Korçinskaya bunun nə üçün vacib olduğunu açıqlayıb. "Əgər əlyazmalarda indiki Ukraynanın da ərazisi "Rus torpağı" kimi göstərilirsə, qoy ruslar da buna qarşı addım atsınlar" - deyə o əlavə edib.

 

Xatırladaq ki, Oksana Korçinskayanın həyat yoldaşı, milliyyətçi Dmitri Korçinski bu yaxınlarda Donbası bombalamağı, orada yaşayan rusları isə əsir düşərgələrinə doldurmağı təklif edib.

Müəllif | Apa.Tv
Apa.tv