İran beynəlxalq inspektorları nüvə obyektlərinə buraxdı

İran hökuməti beynəlxalq inspektorlara özünün nüvə obyektlərində yoxlamalar aparmağa ölkəyə tətbiq olunan sanksiyaların ləğvindən əvvəl icazə verib. APA TV-nin məlumatına görə, bu barədə "The Washington Post"da bildirilib.

 

"Bizim gizlədəcəyimiz heç nə yoxdur" - deyə Vyanada Qərb mətbuatı qarşısında çıxış edən İran nümayəndə heyətinin üzvü bildirib. Onun sözlərinə görə, Tehran qətiyyən nüvə silahı əldə etmək fikrində deyil və nüvə proqramının inkişaf etdirilməsi hərbi məqsədlər daşımır.

 

"Biz özümüzün hərbi sirlərini açmaq fikrində deyilik. Nüvə obyektlərimizi inspektorların üzünə açmaq o demək deyil ki, onlar bizim hərbi obyektlərimizi də yoxlayacaqlar. Xeyr! Biz AEBA ilə normalar çərçivəsində hərəkət edəcəyik" - deyə İran rəsmisi əlavə edib. O bildirib ki, əgər gələcəkdə qarşı tərəf şərtlərə əməl etməsə, İran yenidən nüvə proqramını genişləndirmək haqqına sahibdir: "Tərəflərin şərtlərə əməl etməsi zəruridir".

Müəllif | Apa.Tv
Apa.tv