Türkiyədə 10 aylıq körpə açıq dənizdə belə xilas edildi - REAL GÖRÜNTÜ

Türkiyə çimərliklərindən birində faciənin qarşısı alınıb.

 

APA TV-nin məlumatına görə, sahildə istirahət edən valideynlər hava döşəyinin üzərinə qoyduqları körpələrini dənizdə unudublar. Bir neçə dəqiqədən sonra əsən külək onu açıq dənizə aparıb.

 

Körpələrini tapmayan məsuliyyətsiz valideynlər xilasedicilərə müraciət ediblər. Xilasedicilər bir neçə kilometr sahildən uzaqlaşıblar və körpəni hava döşəyinin üzərinə necə qoyulubsa, o vəziyyətdə də tapıblar. 10 aylıq uşaq möcüzə nəticəsində xilas edilib.

Müəllif | Apa.Tv
Apa.tv