ABŞ polisi 16 yaşlı qaradərili qızı qəddarlıqla döydü - REAL GÖRÜNTÜ
ABŞ-da yenə polis qəddarlığı qeydə alınıb.
APA TV-nin "Rosiyya-24" telekanalına istinadən verdiyi məlumata görə, Yeni Orleanda asayiş keşikçisi 16 yaşlı qaradərili qızı amansızcasına döyüb.
Hadisə qapalı bir yerdə baş verib. Polis qızın qollarına qandal vurmaq istəsə də, yeniyetmə ona arxasını çevirməkdən imtina edib. Hər şey də bundan sonra başlayıb və kameralara düşüb. Polis qızı yıxılana qədər döyməkdə davam edib. Daha sonra ona həmkarı da qoşulub. Baş verənlər yerli sakinlər tərəfindən narazılıqla qarşılanıb. Polis idarəsinin önünə çoxlu vətəndaş toplaşıb. Onlar ciddi tədbir görülməsini tələb ediblər. Rəhbərliyin hadisəni törədən polisləri işdən azad etməkdən başqa çarəsi qalmayıb.