Küləkli hava sabahadək davam edəcək
İyulun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarətinin 23-24 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlıq və dağətəyi rayonlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.