Bakıda qəza törədib Naxçıvanda gizlənən sürücü tutuldu
Bakıda qadın küçədə dünyasını dəyişib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt şosesinin 5-ci kilometrliyində Biləcəri qəsəbəsində qeydə alınıb.
Abşeron rayon sakini, 1951-ci il təvəllüdlü Dostuxanım Xeybər qızı Bağırova avtomobil dayanacağında ürək çatışmazlığından ölüb.
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 26-da Leyla İsmayılovanın ölümü, Esmira Məmmədovanın isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Axşam saatlarında yolu keçən iki qadının vuraraq hadisə yerindən qaçmış “Hyundai” markalı avtomobilin sürücüsü - Şərur rayon sakini Xəqani Qəribov tutulub. Qəribovun bir müddət Naxçıvanda gizləndiyi bildirilir.