Ermənilər işğal altında olan dağlarda yanğınlar törədiblər
Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edirlər.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bu dəfə ermənilər işğal altında olan dağ massivlərinə od vurublar.
Ağdam rayonunun işğal altında olan Şahbulaq, Yeddixırman dağlarında güclü yanğınlar müşahidə olunur.
Qoşunların təmas xəttinə yaxın, həmçinin ermənilərin nəzarətində cəbhədən xeyli uzaq olan Göytəpə, Qaraqaşlı, Kəngərli, Salahlı kəndlərində, keçmiş Gülçülük sovxozu və Uzundərə adlanan ərazilərdə də yanğınlar qeydə alınıb.
Alovun miqyası getdikcə genişlənir.