Ermənilər yenə təxribat törədiblər

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun işğal altında olan Qərvənd kəndinin ərazilərinə düşmən əsgərləri ötən gecə od vurublar. Qısa müddət ərzində genişlənən alov təmas xəttini aşaraq Azərbaycan Ordusunuun mövqelərinə qədər gəlib çatıb. Xoşbəxtlikdən alov yaxınlıqda yerləşən yaşayış məntəqəsinə keçməyib. Yanğın səhər saatlarına qədər davam edib. Həmin istiqamətdə eyni zamanda tez-tez güclü partlayış səsləri də eşidilib. Ehtimala görə, qoşunlar arasındakı neytral sahədə mövcud minalar yaranan istilik nəticəsində partlayıb.


 

Müəllif | Apa.Tv