Qarabağda erməni hərbçilər qəzaya uğradı: iki ölü, iki yaralı

Azərbaycanın erməni işğalı altında olan ərazisində içərisində hərbçilər olan avtomobil qəzaya uğrayıb.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

 

Nəticədə avtomobilin sürücüsü və bir sərnişini ölüb, avtomobildə olan daha iki nəfər isə xəsarət alıb.

 

Ölən və yaralananların hamısı zabitdir.

 

Müəllif | Apa.Tv
Apa.tv