Azərbaycandan zəvvarların Həcc ziyarətinə yola düşəcəyi tarix açıqlandı

Azərbaycandan bu il zəvvarların Həcc ziyarətinə yola düşəcəkləri tarix məlum olub.

 

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu il Azərbaycanda yola düşəcək zəvvarların səfəri sentyabrın 11-dən başlayacaq.

 

Mərhələ ilə həyata keçiriləcək səfərlər sentyabrın 15-ə kimi davam edəcək. Ziyarətin ənənəvi olaraq 16-17 gün davam edəcəyi məlum olsa da, zəvvarların geri dönüş vaxtı hələlik məlum deyil. Zəvvarlar Həccə qrup şəklində yola salınacaqlar. Onların qruplara bölünməsinə isə viza açıldıqdan sonra - avqust ayından başlanacaq.

 

 

Müəllif | Apa.Tv
Apa.tv