İŞİD Palmiradakı amfiteatrda kütləvi qətliam törətdi
İŞİD Suriyada ələ keçirdiyi Palmira şəhərindəki antik amfiteatrda kütləvi qətliam törədib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, terrorçular Holms şəhəri yaxınlığında əsir götürdükləri 25 hərbçini yüzlərlə insanın gözü qarşısında güllələyib.
Güllələnənlər arasında hərbçilərdən başqa onlara yardım etməkdə təqsirləndirilən 13-14 yaşlı yeniyetmələr də olub. Görüntülər sosial şəbəkələrdə də yayılıb.