Türkiyədə qətliam kimi qəza: 15 ölü

Türkiyənin Manisa vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.


APA TV-nin “Milliyet”ə istinadən xəbərinə görə, bu gün səhər yerli vaxtla saat 05.30-da Manisanın Gölmarmara rayonunun Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub.

 

Qəza nəticəsində 15 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin 13 nəfəri qadındır. Məlumata görə, işçilər sahurdan sonra bağ yarpağı toplamağa gedirmiş. Ehtimal olunur ki, qəzaya TIR sürücüsünün yuxulaması səbəb olub.

 

Hadisə yerinə təcili yardım və cənazə daşıyan maşınlar göndərilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv