Qalada minik maşını yük maşınına çırpıldı: sürücü öldü

Bakıda ağır yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.

 

1950-ci  il təvəllüdlü Eldar Sultan oğlu Şabanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil “BMC” markalı yük avtomobili ilə toqquşub. İlkin ehtimala görə, qəza "VAZ" markalı maşının sürücüsünün yuxulaması və ya ürək tutması səbəbindən baş verib.

 

Yük maşınının sürücüsü: "Dayanmışdım, bir də gördüm gəlib elə həmən sürətlə girdi maşına..."

 

Qəza zamanı Eldar Şabanov hadisə yerində ölüb. Şabanovun cəsədi xilasedicilər tərəfindən avtomobil çıxarılıb. 

Müəllif | Apa.Tv