İrəvanda polis barrikadanı nəzarətə götürdü

Ermənistan polisi paytaxtın Baqramyan prospektində etiraz aksiyası keçirən nümayişçilərdən yolu boşaltmağı tələb edib.

 

APA-nın “Novosti-Armenia”ya istinadən verdiyi məlumata görə, polisin bəyanatında bildirilir ki, nümayişçilər yolu könüllü açmasalar, bunu hüquq-mühafizə orqanlarının əməkdaşları edəcək: "Ermənistan polisi bu gün Baqramyan prospektində təxminən 2 həftədir dayandırılmış hərəkəti bərpa etməyə hazırlaşır. Həmçinin hərəkətə mane olan əşyalar da oradan götürüləcək. Polis sonuncu dəfə aksiyanın təşkilatçı və üzvlərini Baqramyan prospektini boşaltmağa çağırır. Əks halda, polis qanunun müəyyən etdiyi səlahiyyətlərindən istifadə edəcək”.

 

Hazırda polis zibil qablarından ibarət barrikadanı nəzarətə götürüb.

 

Xatırladaq ki, 4 iyun tarixində aksiyanın koordinasiya qrupunun nümayəndəsi David Sanasaryan bildirib ki,  tələblərinin bu gün saat 21:00-a kimi yerinə yetirilməyəcəyi təqdirdə, “İrəli addımla” adlı yeni aksiyaya başlayacaqlar. Onlar özləri üçün barrikadaya çevirdikləri zibil qablarını hər gün daha da irəli aparacaqlarını bəyan ediblər.  

 

Müəllif | Apa.Tv
Apa.tv