Nişan mərasimi yasa döndü: 1 yaşlı körpə qəzada öldü
Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yolunbulaq kəndi ərazisində qeydə alınıb.
Gədəbəy rayon sakinləri “UAZ” markalı avtomobillə Tovuzdan nişan mərasimindən qayıdarkən avtomobil aşıb. Təxminən 40 metr hündürlükdən dərəyə yuvarlanan maşının içərisində olan 6 nəfərdən bir nəfər - 2014-cü il təvəllüdlü Elnur Alıyev ölüb, 4 nəfər isə ağır yaralanaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.