Arda Turan “Barselona”da!

İspaniyanın “Barselona” klubu Madrid “Atletiko”sunun türkiyəli ulduzu Arda Turanı transfer etdiyini rəsmən açıqlayıb.


APA-nın xəbərinə görə, klublar transferin şərtlərini razılaşdırıblar. “Barselona” bu transfer üçün “Atletiko”ya 34 milyon avro ödəyəcək.

 

Yaxın günlərdə futbolçu tibbi müayinədən keçərək, yeni klubla müqavilə imzalamalıdır. Arda Turanın illik qazancının 7 milyon avro olacağı bildirilir.

 

2011-ci ildən “Atletiko”da oynayan Arda Turan Madrid klubunda  İspaniya çempionu, həmçinin İspaniya Kuboku, İspaniya Superkuboku, Avropa Liqası və UEFA Superkubokunun qalibi olub.

 

Müəllif | Apa.Tv
Apa.tv