Bakıda 21 yaşlı oğlan anasını qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib.

 

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi, ev 33-də qeydə alınıb.

 

1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən S.Zöhrabov tutulub.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv