Xaçmazda taksi sürücüsü öldürüldü

Xaçmaz rayonunda qətl hadisəsi törədilib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Nabran qəsəbəsində qeydə alınıb.

 

Xaçmaz şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Famil Fərhad oğlu qətlə  yetirilib. O, bıçaqlanaraq öldürülüb. Qətlə yetirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərib.

 

Hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Ramil Etibar oğlu Abbaslı polis tərəfindən tutulub. Məlumata görə, hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan