Suriyada döyüşən azərbaycanlılara hökm oxundu - 82 İL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Eldost Quliyev və Məmmədşah Məmmədəliyevin hər biri 13 il, digərlərinin isə hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 26 nəfər saxlanılıb.

Onların cinayət işləri ayrı-ayrılıqda qrup şəklində icraata verilib.

Müəllif | Apa.Tv
Apa.tv