Ordumuz Ermənistanın daha bir pilotsuz uçan aparatını məhv etdi
Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəşlə məhv edilib.
Xatırladaq ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəşlə məhv edilib.