Avro ucuzlaşdı, dollar bahalaşdı

Bu gün iyulun 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.


APA TV-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının iyulun 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0492 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0036 manat və ya 0,03% ucuzlaşaraq 1,1539 manat olub.

 

Müəllif | Apa.Tv
Apa.tv