İran və "altılıq" ölkələri yenə razılığa gələ bilmədi

İran və "altılıq" ölkələrinin xarici işlər nazirləri Tehranın nüvə proqramı ilə sazişin bağlanması ilə əlaqədar müddəti yenidən uzatdıqlarını bəyan ediblər.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, tərəflər əsas müzakirələri yekunlaşdırdıqlarını bildiriblər. Bir neçə detal üzərində isə işlər davam etdirilir.

 

"Altılıq" ölkələrinin əsas məqsəd İranın uzunmüddətli nüvə proqramının qarşısının alınmasıdır. Tehran isə silah ixracı da daxil olmaqla ona qarşı tətbiq olunan bütün sanksiyaların götürülməsini tələb edir. İranlı analitik Əli Vaez məsələyə münasibət bildirib: "İran tərəfi bir məsələdən narahatdır. Əgər silah ixracına qoyulan qadağa qüvvədə qalacaqsa, qarşı tərəf bunun nə vaxt aradan qaldırılacağı barədə düşünməlidir? İki, beş, yoxsa on ildən sonra? Bəlkə bu qadağa həmişəlikdir? Qarşı tərəfi isə digər məsələ düşündürür. Yaxın Şərqdəki indiki vəziyyətdə İrana qarşı sanksiyalar aradan qalxarsa, bu, bəzi region ölkələrini qıcıqlandıra və razılaşmanı məhv edə bilər. Məncə, Vyanada ortaq məxrəcə gəlinməyən nöqtələr bunlardır".


Vaxtın uzadılmasından istifadə edən bəzi nazirlər Avstriya paytaxtını 3 günlük tərk ediblər.

Müəllif | Apa.Tv
Apa.tv