Əfqanıstan hakimiyyəti "Taliban"la danışıqlara başladı

Pakistanın paytaxtı İslamabadda Əfqanıstan rəsmiləri ilə "Taliban" nümayəndələri arasında danışıqlar keçirilib.


APA TV-nin məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyi bunu rəsmi İslamabadın bölgədə sülh və sabitliyin təmin olunması üçün atdığı addım kimi dəyərləndirib.


Tərəflər arasında danışıqların nəticələrini müsbət qiymətləndirmək olar. Rəsmi Kabul və "Taliban" bu prosesin gələcəkdə də davam etdirilməsini vacib sayıblar.


Danışıqların Ramazan ayından sonra yenidən keçiriləcəyi qərara alınıb.



 

Müəllif | Apa.Tv
Apa.tv