General: “Hərbi qulluqçuların ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”

“Hərbi qulluqçuların ehtiyata buraxılmaması ilə bağlı mətbuatda yayılan məlumatlar doğru deyil”.


APA TV-nin xəbərinə görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov deyib.

 

Novruzəli Orucov bildirib ki, ölkə prezidentinin sərəncamı ilə iyulun 1-dən həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma həyata keçirilir: “Qanunvericilikdə bu müddətin iyulun 1-dən 30-dək olduğu göstərilir. Hərbi qulluqçuların hərbi hissələrdən ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”.

Müəllif | Apa.Tv
Apa.tv