ABŞ-da müəmmalı cinayət: 3 ölü
ABŞ-ın Merilend ştatının Baltimor şəhərində naməlum şəxs ətrafdakı insanları atəşə tutub, 3 nəfər öldürülüb.
APA TV-nin "TASS"a istinadən verdiyi məlumata görə, silahlı insident gecə saatlarında Merilend universitetinin kampusunun yaxınlığında baş verib.
Şahid məlumatlarına görə, hadisə yerinə iki avtomobillə bir neçə nəfər gəlib. Həmin şəxslərdən biri maşından çıxaraq insanlara atəş açıb. Sakinlərdən biri hadisə yerində həyatını itirib, üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis həmin şəxslərin axtarışına başlayıb.