Sirus Təbrizli vəfat edib
Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, keçmiş YAP-çı Sirus Təbrizli vəfat edib. Vəkil Aslan İsmayılovun sözlərinə görə, Sirus Təbrizlinin dünyasını dəyişməsi barədə ona qızları məlumat veriblər. Vəkilin sözlərinə görə, S. Təbrizli Nabrandakı bağ evində dünyasını dəyişib: “Onun ölümünün səbəbi hələlik bilinmir. Sirus Təbrizli gecə yatıb, səhər yuxudan ayılmayıb”.
APA TV xəbər verir ki, Sirus Təbrizli mayın 9-da 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyası sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib. Allah rəhmət eləsin.