Daşkəsəndə 43 yaşlı qadını maşın vurdu
Daşkəsəndə yolu keçmək istəyən qadını maşın vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə iyulun 7-də axşam saatlarında rayonun mərkəzində qeydə alınıb.
Rayon sakini, 1972-ci il təvəllüdlü Şəlalə Abbasova yolu keçmək istəyərkən “VAZ-21011” markalı avtomobil tərəfindən vurulub.
Müxtəlif dərəcəli xəsarətlər alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.