Avropa Azərbaycan Cəmiyyəti Bako Saakyanla görüşə buraxılmadı
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla "Chatham House" İnstitutunda keçiriləcək görüşə buraxılmayıb.
TEAS-dan APA-ya verilən məlumatda bildirilir ki, təşkilat B.Saakyanın qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün icazə istəyib.
"Lakin Kral Beynəlxalq Münasibətlər İnstitutuna uzun müddət üzv olmağımızla baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz", - deyə məlumatda bildirilir.
TEAS buna etiraz olaraq "Chatham House" İnstitutuna açıq məktubda ünvanlayıb və bu gün "Chatham House"un qarşısında aksiya keçirəcəyini qeyd edib.