Bakı sakininə qarşı 180 min dollarlıq dələduzluq iddiası!

Bakı sakini ona qarşı külli miqdarda dələduzluq edildiyini bildirib.


Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, zərərçəkən şəxs - Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Natiq Alı oğlu Hümbətov 7-ci Polis Bölməsinə yazılı ifadəsində bildirib ki, uzun müddət bərabər biznes fəaliyyəti göstərdiyi tanışı, 1977-ci il təvəllüdlü İlham Dilqəm oğlu Məmmədova 180 min ABŞ dollarını şərik obyekt almaq üçün verib. İlham Məmmədov isə onun etibarından sui-istifadə edərək 180 min ABŞ dollarını alaraq qaytarmayıb.

 

Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov APA TV-yə bildirib ki, 180 min dolların dələduzluq yolu ilə əldə olunması iddiası araşdırılır. Məsələdə adı hallanan şəxs 7-ci Polis Bölməsinə dəvət olunsa da, bölməyə gəlməyib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv